Yataq otağınız üçün çalarları düzgün seçin

Yaxşı istirahət edə və rahat yuxu yata bilməyiniz üçün yataq otağının rəng çalarları seçiminə daha həssas yanaşmalısınız. Məsələn, əgər erkən oyanmağı sevirsinizsə, o zaman isti tonlar sizə daha uyğun olar, əgər yuxunuz sakit deyilsə – soyuq rənglərin sakitləşdirici effekti sizə dincəlməyə kömək edər. 

Yüzdən çox çalarları özündə birləşdirən RAL və PENCOLOR rəng kataloqlarımız sizə yataq otağınız üçün rəng seçməyə yardımçı olacaq. Onların sayəsində sizə və interyerinizə uyğun rəngi mütləq tapacaqsınız.

Rəng seçərkən nələrə diqqət yetirməli

Yataq otağı üçün klassik divar rəngləri ağ, bej və onların çalarları hesab edilir. Bu rənglər neytral olduqları üçün daha tez-tez istifadə olunur, insanı yormur və istənilən mebelə uyğun gəlir. Lakin aşağıdakıları nəzərə alaraq divarlara gözəllik qatmaq üçün digər çalarlardan da istifadə edə bilərsiniz:

  • yataq otağının coğrafi istiqamətlərə nisbətən yerləşməsi;
  • otağın eni və uzunluğu;
  • ümumi interyerin rəng tonları;
  • şəxsi istəkləriniz və sevdiyiniz rənglərin bir-birinə uyğunluğu;
  • interyer dizaynın rəng trendləri.

Peşəkar məsləhətçinin köməyi lazımdır?