Günəşli məkanlar üçün boya rəngləri

Otağın divarlarının işlənməsi zamanı material seçərkən müxtəlif meyarlara əsaslanmaq olar. Bəzi insanlar vizual effektə əhəmiyyət verir, digərləri rahatlığı və istifadə olunan məhsulun keyfiyyətini rəhbər tutur. Lakin istənilən halda hər bir otaq rəngi və materialı özünəməxsus şəkildə büruzə verir. Bunun başlıca səbəbi coğrafi istiqamətlərdir – şimala və cənuba baxan otaqlar günəş şüalarını fərqli dərəcədə qəbul edirlər. Buna görə də işıqlı və ya kölgəli otaq üçün rəng seçiminə diqqətlə yanaşmaq lazımdır.

Boya rəngi seçimi

Bir çoxları gündüzlər otağın maksimum işıqlı olmasını istəyirlər, lakin günəş işığının bolluğu nəticəsində bəzi rənglər gözləntilərdən fərqli formada görsənə bilər. İşıqlı, günəşli otaqlar üçün aşağıdakı rəngdələrdən daha az istifadə etməyi tövsiyə edirik:

  • Bənövşəyi – təbii işıqla qarşılıqlı əlaqə nəticəsində otaqda ultrabənövşəyi effekt əmələ gələ və beləliklə məkanda ağır bir atmosfer yarana bilər;
  • Qara – günəşin qara rəngin ağırlığını yüngülləşdirəcəyini düşünməyin. Qara otaq təbii sarı işıqla təmasda qəribə görsənə bilər.

Optimal rəng seçimi üçün nəzərə alınmalıdır ki, günəşli otaq praktiki olaraq səmanın saçdığı mavi işığı qəbul etmir, belə məkanlarda təbii ağ, bej və sarımtıl rənglərin artıq mövcud olunduğunu hesab etmək olar. Bu çalarlarla kombinə edilə bilən soyuq rənglərdən istifadə daha gözəl nəticəyə gətirib çıxarar.

Bütün bunlara baxmayaraq, hər bir məkan özünəməxsus şəkildə unikaldır və zövqlər müxtəlifdir. Ancaq bir şey dəqiq deyə bilər ki, günəş nə qədər sərt olsa da, “Penguin” boyaları ilə boyanmış divarlar orijinal görünüşünü itirmədən uzun illər sizə xidmət edəcəkdir.

Peşəkar məsləhətçinin köməyi lazımdır?