Qonaq otağınıza rəng qatmağın vaxtıdır!

Qonaq otağı çoxları üçün evin əsas otağıdır. Bu otaqda istifadə olunan rəng seçimi evdə sizə narahatlıq yarada və ya əksinə gözəl əhval-ruhiyyə və qonaqları məmnuniyyət hissi ilə qarşılamaq istəyini bəxş edə bilər.

Qonaq otağı üçün gündəmdə olan rənglər

Qonaq otağındakı divarların rəngi qıcıq yaradan və ya həddindən artıq gözqamaşdıran olmamalıdır, çünki bu cür tonlar yora və hətta psixoloji narahatlığa səbəb ola bilər. Buna görə də, qonaq otağı üçün ən populyar seçim universal sayılan və geniş imkanlar yaradan sakit, təmkinli, neytral çalarlardır. İkinci yerdə əlvan rənglər qərarlaşır, lakin daha təskin interpretasiyada. Qonaq otağının divarları üçün bu günün ən məşhur rəngləri bunlardır:

  • Bej
  • Boz
  • Qəhvəyi
  • Yaşıl
  • Sarı
  • Mavi

Rəng seçərkən nələrə diqqət yetirməli

Qonaq otağının divarlarını rəngləyərkən, əlbəttə ki, digər çalarlardan da istifadə edə bilərsiniz. "Penguin"in saytında tapa biləcəyiniz rəng kataloqları bu işdə sizə kömək edəcək. Lakin istənilən halda aşağıdakı amilləri nəzərə almağı tövsiyə edirik:

  • qonaq otağının coğrafi istiqamətlərə nisbətən yerləşməsi;
  • otağın eni və uzunluğu;
  • ümumi interyerin rəng tonları;
  • şəxsi istəkləriniz və sevdiyiniz rənglərin bir-birinə uyğunluğu;
  • interyer dizaynın rəng trendləri.

Peşəkar məsləhətçinin köməyi lazımdır?