Rənglər
RAL rəng kataloqu
PENCOLOR rəng kataloqu
Taxta səthlər üçün rənglər
NCS rəng kataloqu
MULTICOLOR
İstədiyiniz rəng çalarını əldə edə və bununla da müxtəlif dizayn ideyalarınızı gerçəkləşdirə bilməyiniz üçün biz MULTICOLOR rəngləndirmə mərkəzlərimizdə boyaların kompüter vasitəsilə rəngləndirilməsini həyata keçiririk.
Bütün rənglər kodlar, piqmentlər və İtaliyanın “CPS Color” şirkəti tərəfindən istehsal olunan xüsusi avadanlıqla hazırlanır. Rəngin hazırlanması prosesi yalnız kompüterdən istifadə etməklə yerinə yetirilir və 3 dəqiqədən az vaxt aparır. Rəngləndirmədə 16.000-dən çox rəng çalarlarını əhatə edən xüsusi proqramdan istifadə olunur.
PENCOLOR
Su əsaslı boyaların rəngləndirilməsi üçün istifadə olunan yüksək konsentrasiyalı piqment pastası. Palitraya 24 əsas rəng daxildir. Pastanın miqdarını azaltmaqla və ya artırmaqla müxtəlif rəng çalarları əldə etmək mümkündür.
İstifadədən əvvəl pasta və rənglənəcək boya ayrılıqda yaxşı çalxalanmalıdır. Daha sonra pasta boyaya əlavə edilməli və eynicinsli kütlə alınana qədər qarışdırılmalıdır.