Dekorativ boyanın üstünlükləri
Dekorativ boya müasir dövrdə divarların, tavanların və dekorativ elementlərin boyanması zamanı istifadə olunan ən məşhur materiallardan biridir. Bu boya növü olduqca dözümlü olduğuna və istənilən hava şəraitinə tab gətirə bildiyinə görə fasadların rənglənməsi üçün də əlverişli hesab edilir. Dekorativ boya sayəsində səthdə müxtəlif rənglər yaratmaqla yanaşı, fərqli-fərqli effektlərə və teksturlara nail olmaq mümkündür.
Əsas üstünlükləri
- Ekoloji baxımdan təmiz – tərkibində zərərli kimyəvi elementlər yoxdur;
- Dözümlü – keyfiyyətini itirmədən ən azı 10 il davamlı qalır;
- Zədələndiyi halda asanlıqla bərpa olunur;
- İstənilən interyer üslubuna uyğundur;
- Böyük palitra – hər zövqə uyğun rəng seçmək olar;
- Üzərinə qoxu hopmur – mətbəxdə istifadə edilməsi mümkündür;
- Toz və çirk yığmır.