İnteryer boyaları
Penguin Softline Velvet Smooth
Penguin Softline Velvet tam mat bitişli və səthin nəfəs almasını təmin edən yüksək keyfiyyətli su əsaslı antibakterial boyadır. Yüksək örtücülüyə malikdir, səthə asan yayılır, quruduqdan sonra səthdə ipək kimi yumşaq və hamar bir bitiş yaradır. Silinə və yuyula biləndir. Ətraf mühitə zərərsiz və qoxusuzdur.
İstifadə qaydası
Bu antibakterial daxili boya səthdə bakteriya, mikroorqanizm yaranmasının qarşısını almaq üçün xüsusi formul ilə hazırlanmışdır. Gigiyenik mühit tələb olunan sahələrdə — uşaqların otaqları, məktəb və bağça sinifləri, tibb müəssisələri, xəstəxanalar, klinikalar və digər sağlamlıq obyektləri üçün təhlükəsiz və uyğun seçimdir. Məhsul həm estetik görünüş, həm də yüksək səviyyədə sanitariya tələblərinə cavab verir Alçı, beton, şpaksla (mastika) hazırlanmış səthlər, kərpic, karton, taxta səthlər, kartonla örtülmüş alçıpanel, yonga-lövhə və taxta lif lövhələrinin daxili boyanması üçün istifadə oluna bilər. Məhsul həm yeni, həm də əvvəlcədən boyanmış səthlər üçün tətbiq edilə bilər. Qapı və mebellərin boyanması üçün uyğun deyil.Qablaşdırılma
15 lParlaqlıq
MatTətbiq üsulları
RuloPopulyar məhsullar
Penguin Softline Velvet Smooth
Penguin Penakril
Akrilik kopolimer əsaslı, sərt hava şəraitinə yüksək dayanıqlılıq göstərən bir emulsiya.
Penguin Penplus Standart
Penguin Penplus Standart akrilik kopolimer əsasında hazırlanmış və səthin nəfəs almasını təmin edən yüksək keyfiyyətli emulsiyadır
Penguin Pensilan Primer
Penguin Pensilan Primer akrilik kopolimer əsaslı, silikon polimer ilə modifikasiya olunmuş, sərt hava şəraitinə yüksək dayanıqlılıq göstərən, boyayla səth arasında yapışdırıcı körpü rolunu oynayan astardır