İnteryer boyaları

Penguin 3d white

Penguin 3D White akrilik kopolimer əsaslı, ekstra bəyaz və səthin nəfəs almasını təmin edən yüksək keyfiyyətli daxili emulsiyadır
Məhsul təqdimatı Penguin 3D White akrilik kopolimer əsaslı, ekstra bəyaz və səthin nəfəs almasını təmin edən yüksək keyfiyyətli daxili emulsiyadır. Yüksək örtücülüyə malikdir, səthə asan yayılır və nahamar olmayan mat bir görünüm yaradır. Silinə və yuyula biləndir. Ətraf mühitə zərərsiz və qoxusuzdur. İstifadə olunacaq səthlər Hər növ divar, tavan, məcun, suvaq, beton, alçıpan və betopan kimi iç səthlərdə istifadə oluna bilər. Səthin hazırlanması Tətbiqdən öncə səth köhnə boya qalıqlarından, tozdan, kirdən və yağ qalıqlarından təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səthə üzlük suvaq vurulmalı, daha sonra lazım olarsa səth sumbata olunmalı və Penguin Binder ilə astarlanmalıdır. Astar tətbiqindən 2-3 saat sonra səth boyanmağa hazırdır. Səth tempraturu +5-+30⁰C arasında olmalıdır, nisbi rütubət 80%-i keçməməlidir. Məhsul ən çox 10% su ilə durulaşdırıla bilər. İki qat şəkildə fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında 4-6 saat gözlənilməlidir (Otaq tempraturundan asılı olaraq). Çəkilən qat qalınlığı və nəzəri yayılma sahəsi Ən az Ən çox Çəkilən qat qalınlığı, quru (μm) 25 35 Çəkilən qat qalınlığı, yaş (μm) 70 95 Nəzəri yayılma sahəsi (m²/lt) 10.6 14.8 Fiziki xassələri Rəng Multicolor sistemi ilə rəngələnə bilər Qatı maddə miqdarı 65%±2 (həcmcə) Sıxlığı (q/ml) 1.66±0.02 q/ml Özlülüyü (25°C) KU 115±5 Parlaqlıq Mat İncəltici 5-10 %-ə qədər su ilə incəldilə bilər Boya sərfiyatı Səth düzgünlüğü və tətbiq üsulu ilə əlaqəli olaraq tək qat 1 kq 10-13m2 sahə boyana bilər. Sərfiyyata boyanacaq səthin nahamarlığı və məsaməliliyi, eləcə də rənglənmə üsulu və şərtləri təsir edir.

İstifadə qaydası

Hər növ divar, tavan, məcun, suvaq, beton, alçıpan və betopan kimi iç səthlərdə istifadə oluna bilər.

Qablaşdırılma

2.5 l, 7.5 l, 15 l

Parlaqlıq

Mat

Tətbiq üsulları

Fırça, Rulo

Peşəkar məsləhətçinin köməyi lazımdır?