MULTICOLOR

Sizin arzu etdiyiniz rəng hansıdır? Dünyadakı formal rənglərdən bezmisiniz? İnnovasiyalı, dramatik çalarlar ilə tam yeni bir rəng baxışı istəyirsiniz? Bizim Multicolor mərkəzlərimizdə sizin arzularınıza uyğun rəngləri kəşf edin.

Rənglər - İnteryer və eksteryer rəngləri rəngarəng satış mərkəzlərimizə gəlmədən seçə bilməyəcəksiniz. Buraya gəldikdə belə seçməkdə çətinlik çəkəcəksiniz. Çünki 800 yeni və modern ana rəngdən ibarət olan rəng kataloqumuzda özünü rənglər aləmində hiss edəcək və xəyala dalacaqsınız.

Arzulanan Rəng - Sizin evinizdə, bağınızda və ya başqa bir məkanda hər hansı bir yerin boyası tökülüb və ya divarın hər hansı bir dekorun rənginə uyğun olmasını istəyirsiniz və həmin boyanın rəngini heç bir yerdə tapa bilmirsiniz? O zaman siz bizim ofisimizə yaxınlaşaraq rəngini istədiyiniz əşyanı, parçanı bizə təqdim edirsiniz və biz tez bir zamanda həmin rəngi hazırlayıb sizə təqdim edirik.

Tinting - Bütün rənglər xüsusi kodlarla və xüsusi makinalarda hazırlanır. Həmin makinalar və rəng piqmentləri İtaliyanın CPS Color firmasının məhsullarıdır. İstənilən rəng 3 dəqiqədən az bir zamanda hazırlanır və hazırlanma prosesi zamanə yalnız kompüter beynindən istifadə olunur. Həmin kompüter xüsusi Tinting proqramı vasitəsilə işləyir və həmin proqrama 16000-dən çox rəng çaları daxildir.

Rəng çeşidləri ilə tanış olmaq və daha çox məlumat almaq istəyirsinizsə, Rəngləndirmə Mərkəzlərimizə yaxınlaşa bilərsiniz.

ÖZƏL BOYALAR